Yol polisinə qarşı kütləvi qarayaxma kampanyası aparılır – DYP-dən xəbərdarlıq

“Son vaxtlar bəzi qeyri-ciddi elektron kütləvi informasiya vasitələrində yol polisinin fəaliyyətinə kölgə salan, illər öncə müxtəlif saytlarda yayılmış köhnə, qeyri-dəqiq və dəfələrlə tutarlı faktlarla təkzib olunmuş yazılar yenidən yayılır”. Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, həmin yazılarda qeyd olunan iddiaların heç bir əsası yoxdur və bəzi dırnaqarası jurnalistlərin təxəyyülünün məhsuludur: “Yazılarda DYP-nin Mərkəzi Məlumat Sisteminin faəliyyətindən bəhs olunur, guya elektron protokolların silinməsi üçün sürücülərə hansısa təkliflər edilir. Hansı ki, elektron protokollar adından da göründüyü kimi, elektrondur və qeydə alındığı andan sistemə yerləşdirilir və sürücünün elektron kabinetinə məlumat ötürülür. Belə olduğu halda, hansısa cərimənin silinməsindən və digər hallardan söhbət gedə bilməz. Bütün bunlar aydın olsa da, illər öncə yazılan qarayaxma yazılarını hər ay ayrı-ayrı qeyri-ciddi saytlarda təkrarən yayıb nəsə umanlar başa düşsünlər ki, texnologiya hər il inkişaf edir və dəyişikliklər DYP sisteminə də təzahür edir. 4-5 il öncə yazılanları təkrarlamaqdansa daha tutarlı analitik yazılar yazsınlar ki, bu da ümumi işin xeyrinə olsun. Bu cür iftira dolu məlumatları təkrarlayan saytlar heç bir dəqiqləşdirmə aparmadan, heç bir sorğu vermədən küçədə, yolda eşitdiklərini qələmə almaqla jurnalistika ilə məşğul olduqlarını düşünürlər. Onlar bununla nəyəsə nail olacaqlarına ümid edirlərsə, yanılırlar. Normal media orqanları yol polisi ilə sağlam əməkdaşlıq etdiyi halda bir qrup qeyri-peşəkar sayt köhnə yazıları təkrarlamaqdan başqa heç nə bacarmır”.
Yol polisi onların nəzərinə çatdırır ki, bu kim hallar yenidən təkrar olunacağı təqdirdə aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət ediləcək.
Elmin
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










