Yol polisinə tabe olmayan sürücü və qardaşı saxlanıldı; DYP-dən iddialara CAVAB

Yol polisi 31 İyul 2024 14:10 Oxunub 256
Yol polisinə tabe olmayan sürücü və qardaşı saxlanıldı; DYP-dən iddialara CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnternet televiziya kanallarının birində “Mercedes” markalı, 99-HT-480 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialar yayılıb.

Avtosfer.az xəbər verir ki, vətəndaş Mövlan Şahbazov qardaşının idarə etdiyi avtomobilin dayandığı yerdə yol polisi əməkdaşları tərəfindən yoxlanıldığını bildirib. Onun sözlərinə görə, yoxlama zamanı maşından qara tüstü həddindən artıq çox olub və avtomobil duracağa aparılıb. M.Şahbazovun iddiasına görə, qardaşı da saxlanılaraq polis bölməsinə aparılıb.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücünün qardaşının iddiaları əsassızdır. Qeyd olunub ki, sürücü A.Şahbazov yol hərəkəti qaydasını pozuğu üçün nəqliyyat vasitəsi mühafizə olunan duracağa, özü isə polisin qanuni tələbinə əməl etmədiyi üçün barəsində toplanan materiallar aidiyyəti üzrə rayon məhkəməsinə təhvil verilib və məhkəmə tərəfindən məsələyə hüquqi qiymət verilib.

Videogörüntüdə səsləndirilən iddialar şəxsi müalahizələrdir və heç bir hüquqi əsası yoxdur. Sürücü tərtib olunmuş protokoldan şikayət etmək hüququna malikdir.

(lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh