Yol polisi:“Nəzarət gücləndirilib, sürücülər cərimələnir”

Bakıda minik avtomobillərini texniki baxışdan keçməyən sürücülərlə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov azərtac-a bildirib ki, avqustun 1-dək bütün növ MDB və xarici ölkə istehsalı olan bütün növ yüngül minik avtomobillərinin texniki baxışdan keçmə müddəti tam başa çatıb. Hazırda bu tələbləri yerinə yetirməyən avtomobil sürücüləri yol polisləri tərəfindən aşkarlandıqca məsuliyyətə cəlb edilir. Avqustun 1-dən bu günə qədər avtomobilini texniki baxışdan keçirməyən 400-ə yaxın sürücü inzibati məsuliyyətə cəlb edilib. Bu istiqamətdə nəzarət gücləndirilib. V.Əsədov deyib ki, texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur. Yl hərəkətində istismar edilən nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır. Texniki cəhətdən saz olmayan avtomobillərin yol hərəkətində idarə edilməsi yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur. Eyni zamanda, həmin avtomobillərin hərəkət etdikləri istiqamətlərdə müxtəlif problemlər yaranır.
Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində həyata keçirilir.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












