Yol polisini bir də belə halda görün - FOTOLAR

İstənilən bir məclisdə yol polislərindən söz düşəndə narazılıq dolu baxışlara rast gəlirik. Hər bir sürücü nəsə narazılıq edir. Elə ki, yol polislərinin yaxşı əməllərindən danışıb bir-iki kəlmə deyirsən, çoxunun fikri dəyişir və “içərilərində yaxşıları da var”, “onlar olmasa bəzi sürücülər camaatı basıb əzər”, “qayda pozmayanı saxlamırlar” kimi fikirlər ortaya çıxır.
Avtosfer.az saytında yol polisi ilə bağlı daim mənfi və müsbət yazılar yazılır və onların kobudluğu, nöqsanları, qayda pozması və bu kimi digər əməlləri ilə yanaşı, yaxşı işləri, xeyirxah əməlləri də qeyd olunur. Təqdim etdiyimiz bu fotoları dünən özüm çəkmişəm. Yaxından tanıdığım motosikletçi DYP əməkdaşı ilə yolda rastlaşdıq. Dayanıb söhbət edərkən təsadüfən gözüm qollarına sataşdı. Elə bildim qoluna nəsə olub, yanıb. Dedi, yox, günün altında belə olub. Səhər saat 7-dən axşam saat 8-ə kimi xidmətdə olan, bəzən tədbirlərə görə gecə saat 12-dən sonra evə gedən yol polislərinin çoxunun bədənində, bədənində, sağlamlığında buna bənzər iz tapmaq olar. İnspektordan xahiş edib şəkillərini çəkdim. Xahiş etdi ki, üzünü göstərməyək, sonra bəzi ağzıgöyçəklər “özünü reklam edir” deyəcək. Üzünü göstərmədik. Amma söhbət əsnasında öyrəndik ki, bu hələ yaxşıdır. Bəzilərinin qolu suluq bağlayıb. Hamısı qızmar havada xidmətdə olmaqdan irəli gəlir. Bəli, bu, onların işidir. Ancaq ağır işdir. Bəzən onları qınayırıq, ittiham edirik. Lakin onların gərgin iş prosesini nəzərə almadan haqsız ittihamlar da səsləndiririk.
Bəzən deyirlər ki, yol polisləri yollarda çoxdur. Amma düşünmürlər ki, bizim cəmiyyətin psixologiyası hələ polissiz yola öyrəşməyib. Bizim sürücülərin 90 faizi polis, radar və kamera görəndə özünü yığışdırır, qaydalara əməl edir. Elə ki, polissiz, kamerasız yol gördülər şirə-pələngə dönürlər. Axırı da qəza, ölüm və ağır xəsarətlər bitir. Odur ki, yollarımızda məhz sürücülərin özlərini qoruyan yol polislərinin hamısına qarşı pis münasibətdən uzaq olmaq lazımdır. Onların hamısı eyni deyil. Necə ki, sürücülərin hamısı eyni olmur...
P.S. Düşündüm ki, yol polisinin mənfi yüklü foto və videolarını yaydığımız kimi, onların çəkdiyi əziyyəti də demək lazımdır. Pisə pis, yaxşıya yaxşı demək daha ədalətli olar. Təcrübədən deyirəm ki, yol polislərinin yaxşı əməllərindən danışanda müsbət dəyişikliklər hiss olunur.
Elməddin Muradlı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













