Yol polisini şantaj edən reket jurnalistlərə sərt xəbərdarlıq edildi – DİN

Bəzi xəbər saytlarında belə bir iddia irəli sürülür ki, son vaxtlar mətbuat orqanları Bakı şəhər Dövlət Yol Polisi İdarəsində mövcud olan böyük nöqsanlardan kəskin yazılar dərc edirlər deyə həmin idarənin rəhbərliyi tərəfindən əməkdaşlara tapşırıq verilib ki, onlar həmin mətbu orqanlarını məhkəməyə verərək idarənin xeyrinə qərar çıxarılmasına nail olsunlar. Avtosfer.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qeyd olunanlara münasibət bildirən DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, çox az tanınan bir neçə saytda gedən bu iddianı oxuyub: “Sual olunur, soğan yeməmisənsə niyə göynəyirsən? Belə cəfəng iddiaları o dırnaqarası jurnalistlər qaldırır ki, onlar yol polisindən xüsusi güzəşt və imtiyazlar gözləyirlər. Yəni mən mətbuatda işləyirəmsə yol-hərəkət qaydasını poza bilərəm, cərimələri vaxtında ödəməyə bilərəm, avtoxuliqalıq edə bilərəm. Bunlara görə əgər mənə güzəşt etməsəniz sizi “öz qəzetimdə rüsvay edərəm” deyərək hədələyir və hətta şantaj edirlər.
İndi eşidib və görür ki, polis əməkdaşları öz şərəf və ləyaqətlərini, işguzar imiclərini sırf hüquqi müstəvidə müdafiə etmək üçün yeri gələndə məhkəmələrə müraciət edirlər, artıq qorxuya düşüblər.
Bəli, hər bir Azərbaycan vətəndaşının, o cümlədən daxili işlər orqanlarında xidmət edən hər bir əməkdaşın məhkəmələrə müraciət etmək üçün konstitusion hüququ var. Onlar da bu hüquqdan istifadə edərək şərəf və ləyaqətlərini, işguzar imiclərini şər və böhtandan sivil yolla, hüquqi müstəvidə müdafiə edirlər.
Polisin belə qanuni hərəkəti əsl mətbuatın və əsl mətbuat nümayəndələrinin nə fəaliyyətinə, nə də mənafeyinə toxunmur. Bu yalnız bir-iki dirnaqarası jurnalistə toxunur və qorxudur. Onda belə çıxır ki, polis özünü şərdən-böhtandan qorumaq üçün bilərəkdən uydurma və yalan yazana qarşı qanunsuzluq edib zor tətbiq etməlidir? Xeyr, belə olmayacaq. Bundan sonra da Azərbaycan polisinin hər bir əməkdaşı hər bir Azərbaycan vətəndaşı kimi, öz haqlarını, öz şərəf və ləyaqətlərini yalnız hüquqi müstəvidə, yəni Azərbaycanın tam müstəqil olan məhkəmələrinə rəsmi qaydada müraciət etməklə qoruyacaqlar. Bu bizim hər birimizin konstitusion hüququmuzdur.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












