Yol polisinin əhəmiyyət vermədiyi xəta, yoxsa sovetdən qalma ənənə?

Xarici işıq cihazlarından yanlış istifadə Azərbaycanda sovet vaxtı da ciddi olub. O zaman başlıca problem sürücülərin gecə saatlarında qarşılaşma zamanı yaxın işıq faralarına keçməməsi idi. Rusiya və digər sosialist respublikalarına səfər edənlər buna görə dəfələrlə cərimələniblər. Azərbaycan SSR-də isə başlıca cəza söyüş olub. Daha doğrusu, gözü qamaşan sürücülərin söyüşü.
Müasir Azərbaycanda isə vəziyyət daha ciddi və genişmiqyaslıdır. Bəs indi həmvətənlərimizin səhvi nədədir?
2000-ci ildən sonra istehsal olunan bütün avtomobillər duman əleyhinə faralarla təchiz edilir. Bu faralar əksər modellərdə qabaq bamperə inteqrasiya olunur və yol kənarını işıqlandırır.
Gecə saatlarında şəhərimizdə şütüyən avtomobillərə nəzər salanda məlum olur ki, sürücülərin əksəriyyəti duman işıqlarından daim istifadə edir. Yanvarın 25-dən 26-na keçən gecə şəhərin müxtəlif yerlərində apardığım müşahidə bunu deməyə əsas verir. Saat 20-22 arasında 3 küçədə müşahidə vaxtı 30 avtomobildən 26-nın duman faralarından istifadə etdiyini təsbit etdim (hesablama zamanı yalnız düman faraları olan minik avtomobilləri nəzərə alınıb). Hətta 3 sürücü avtomobili yalnız duman faralarını yandıraraq istifadə edirdi ki, onlardan ikisi taksi idi...
Maraqlıdır ki, yaxın tanışlara və taksi sürücülərinə bu davranışın səbəbini soruşduqda belə bir xoş olmayan vəziyyətlə üzləşirik: böyük əksəriyyət bu faraların təyinatını bilmir. Hətta bir taksi sürücüsü bu halda yolu daha yaxşı gördüyünü iddia etsə də, səmimi olmadığı məlum idi.
Bir haşiyə: pandemiyadan əvvəl şəxsi avtomobili ilə Türkiyəyə gedən tanışıma türk polisi bir neçə saat fərqlə 2 cərimə yazmışdı: birincisi, duman işıqlarından istifadə, ikinci, tuneldə faraları yandırmama. Maraqlıdır ki, tanışım geri qayıdarkən gecə saatlarında uzaq işıq faralarını söndürmədən hərəkət edərkən Gürcüstanda patrul avtomobili ilə rastlaşaraq sanballı cərimə ödəmişdi. Həmin şəxs Bakıya qayıdarkən şikayətlənirdi ki, “cəriməyə təyyarə biletindən daha çox pul çıxıb” (söhbət İstanbula gediş-gəliş biletinin 230 manat olduğu dövrdən gedir).
Unutmayaq ki, İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinə görə, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması 30 manat cərimə ilə cəzalandırılır.
PS. Yol polisi vaxtaşırı olaraq qeyri-standart faraları avtomobillərdən sökür və bunları quraşdıranları cərimələyir. Lakin duman faralarından istifadə məsələsində vəziyyət fərqlidir. Bu qayda pozuntusuna görə bütün avtomobilləri saxlamaq texniki olaraq mümkün deyil. Ən azından DYP-nin buna yetəcək qədər əməkdaşı yoxdur. Lakin çarə tapılacağına şübhə etmirəm.
Vüqar Yaşaroğlu
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur








