“Yol Polisinin Gənc Köməkçiləri” festivalda iştirak etdilər - FOTO

Oktyabrın 21-dən noyabrın 2-dək Rusiya Federasiyasının Krasnodar vilayətinin Anapa şəhərində yerləşən “Smena” Ümumrusiya Uşaq Mərkəzində MDB-yə üzv olan ölkələrdən - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, eləcə də Rusiya Federasiyasının 38 regionundan nümayəndə heyətlərinin qatıldığı “Gənc Yol Hərəkəti İnspektoru” hərəkatının 14-cü dövlətlərarası festivalı keçirilib. Tədbirdə ölkəmizi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və paytaxtın 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın müşayiəti ilə həmin məktəbin şagirdləri - Ayan Həmidova, Nurlan Məlikzadə, Zeynal Nəzirli və Nigar Məlikovadan ibarət “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvləri təmsil ediblər.
Festival iştirakçıları arasında öz fəallıqları ilə seçilən təmsilçilərimiz, yol hərəkəti qaydalarına aid bilik müsabiqələri və viktorinalarda yarışıb, yol hərəkəti təhlükəsizliyinin mənimsənilməsinə həsr edilmiş oyunlarda iştirak edib, müxtəlif intellektual, bədii və idman müsabiqələrinə, rəqs və teatral bacarıqlara həsr olunmuş “ustad dərsləri”nə qatılaraq bacarıqlarını nümayiş etdiriblər.
“Açıq mikrofon" formatında keçirilmiş tədbir zamanı uşaqlar yol hərəkəti təhlükəsizliyinə aid müzakirələr apararaq maraqlı təkliflərlə cıxış edib və bu sahədə qazandıqları müsbət təcrübəni həmkarları ilə bölüşüblər.
Xatırladaq ki, “Yol Polisinin Gənc Köməkçisi” dəstəsi yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş beynəlxalq yarışlarda dəfələrlə ölkəmizi layiqincə təmsil edərək MDB-yə üzv olan dövlətlərin nümayəndə heyətləri arasında birincilik qazanıblar.
Emin
“Yolda bir neçə saniyə gözləmək bir insanın həyatını xilas edə bilər” - DYP - VİDEO
Yol polisi təhlükəli ərazidə əlil vətəndaşa belə kömək etdi - VİDEO
Paytaxtda bəzi yollar bağlanacaq - SƏBƏB
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlidən alındı, HƏBS EDİLDİ
Qəbələdə “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
YPX əməkdaşları halı pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
















