“Yol polisinin köməkçiləri” məktəbliləri maarifləndirdi - FOTO

46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin müəllimi Fəridə Süleymanovanın rəhbərlik etdiyi “Yol polisinin köməkçiləri” qrupu Bakı şəhəri 144 və 44 saylı orta məktəblərdə Daxili İşlər Nazirliyinin elan etdiyi 15 sentyabr - 15 oktyabr tarixlərində keçirilən “Diqqət uşaqlar” təhlükəsizlik aylığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər. Təbbirdə bildirilib ki, məktəblərdə şagirdlər arasında yol hərəkəti qaydaları öyrədilməli, təbliğ edilməlidir. Bu həm də ona görə lazımdır ki, şagirdlər məktəbə gedib-gələrkən yolları təhlükəsiz şəraitdə keçsinlər.
Tədbirdə yol hərəkəti qaydaları, piyada keçidlərindən, təhlükəsizlik kəmərindən istifadənin vacibliyi qeyd edilib. Bildirilib ki, şagirdlərlə yanaşı valideynlər də buna diqqət yetirməlidirlər. Bəzən valideynlərin səhlənkarlığı nəticəsində uşaqlar da qəzaların qurbanı olur.
Təbirdə azyaşlı uşaqların avtomobildə daşınması qaydaları, yolun necə təhlükəsiz keçmək olar və. s özündə əks etdirən video roliklər göstərilib.
Bu cür tədbirlərin mütəmadi olaraq keçiriləcəyi diqqətə çatdırılıb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ































