Yol polisinin rəisi Göyçayı ayağa qaldırdı – Etiraz aksiyası- Fotol-VİDEO

Göyçayda əhali rayonun mərkəzi yolunu bağlayıb. Rayondan istiqlal.az-a daxil olan məlumata görə əhalinin narazılığına səbəb olan rayon Yol Polis Şöbəsinə yeni təyin olunmuş Vüqar adlı rəisin hərəkətləridir. Yol polisinin rəisi sürücülərin hər xırda xətasını böyük bir cinayət kimi təqdim etməklə maşınlarını cərimə meydançasına apartdırır, sonradan 500-800 manat müqabilində maşınları özlərinə qaytarır. 3 gün əvvəl bu vəzifəyə təyin olunan yol polisi rəisinin bu fəaliyyəti elə belə də ağır sosial şərtlərlə üz-üzə qalan əhalinin ayağa qalxıb Bakıdan rayona uzanan əsas magistral yolun bloklamaları ilə nəticələnib. Əhali yerli icra hakimiyyətndən yol polisi rəisi ilə bağlı tədbir görülməsini tələb edir. Az əvvəl əraziyə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gəlib. Başçı bildirib ki, əhalini haqlı narazılığı ilə bağlı DİN rəhbərliyinə müraciət edəcək və əhalidən dağılışmalaırını tələb edib. Əhali dağılışsa da, yolun 1 saata yaxın bağlanması nəticəsində yaranan tıxac mağistralın hələ də bağlı qalmasına səbəb olub. Ərazidən foto və videomaterialları da təqdim etməyə çalşacağıq.
Baş DYP İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Göyçayda yük avtomobilləri Bərgüşad yolunda dayanaraq körpüdə yolu daraldırlar. Buna görə də DYP əməkdaşları sürücülərdən yük avtomobillərini yoldan götürməyi, yolu daraltmamağı və kənardakı qarajın ərazisində dayanmağı tələb ediblər. Lakin sürücülər bununla razılaşmayaraq həmin yerə müştəri gəlmədiyini əsas gətiriblər və yolu bağlamağa çalışıblar. Lakin onların bu cəhdinin qarşısı alınıb və yük maşınları yoldan kənarlaşdırılıb.
BDYPİ-dən onu da bildiriblər ki, Göyçay DYPB-nin rəisi Vüqar Qasımovun işdən çıxarılması barədə yayılan məlumatlar yalandır və rəis hazırda iş başındadır.



DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












