Yol polisinin rüşvət videosu köhnə çıxdı - Açıqlama

Bu gün sosil şəbəkələrdə Bakı Şəhər Dövlət Yol polisinə məxsus 10 YP 414 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan əməkdaşların rüşvət almasını əks etdirən video yayılıb. Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, həmin görüntülərdən xəbərdardır və video köhnədir. Həmin vaxt da görüntülər sosial şəbəkələrdə yayıldığı üçün DYP rəhbərliyi tərəfindən araşdrıma aparılıb. Araşdırmanın nəticəsi olaraq müvafiq tədbirlər görülüb.
Avtosfer.az bildirir ki, həqiqətən də bu görüntülər köhnədir və daha əvvəl sosial şəbəkələrdə yayılıb. Avtomobilin dövlət nömrə nişanından və üzərindəki sayrışan işıqlardan da görünür ki, kadrlar təxminən 3 il əvvələ aiddir. Çünki artıq bir neçə ildir ki, YPX əməkdaşlarına verilən avtomobillərin dövlət nömrə nişanları 99-la əvəz olunub.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












