Yol polisinin "Saxla" əmrinə tabe olmayan azyaşlıya görə dava düşdü - VİDEO

Şəkidə Yol polisinin "saxla" əmrinə tabe olmayan avtomobildə azyaşlının olduğu aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, İyunun 2-də magistral yolun Şəki rayonu Cumakənd kəndi ərazisindən keçən hissəsində xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları hərəkətdə olan “VAZ-2110” markalı avtomobilin sükanı arxasında azyaşlı olduğunu görüb. Azyaşlı polisin "saxla" tələbinə məhəl qoymayaraq, hərəkətini davam etdirib və kənd arası yola daxil olub.
Bu zaman orada olan bir qrup kənd sakini yol polisi əməkdaşlarına yaxınlaşıb və maşını niyə saxlamaq istədiklərini soruşaraq mübahisə yaradıblar.
Yol Patrul Xidməti əməkdaşları onları nizam-intizama dəvət etsələr də, onlar həmin əraziyə toplaşaraq magistral yolu bağlamağa cəhd göstərib. Cəhdin qarşısı Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal alınıb və orada olan 7 nəfər Polis Şöbəsinə dəvət edilib.
Onlarla profilaktik söhbət aparılıb, qanunun tələbləri izah edilib. Kənd sakinləri də əməllərindən peşman olduqlarını bildiriblər. Həmçinin, azyaşlıya avtomobili idarə etməyə verən atası Rafiq Nürəddinov və orada yol polisi əməkdaşlarının xidməti fəaliyyətinə mane olan, insanları yolu bağlamağa dair çağırışlar edən İbrahim Hüseynov inzibati məsuliyyətə cəlb olunublar.
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI










