Yol polisinin törətdiyi qəzanın VİDEOsu yayıldı

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, Bakı istiqamətində hərəkətdə olan 3 avtomobil Beynəlxalq Avtovağzalın yaxınlığında toqquşub. Onlardan biri Dövlət Yol Polisinə məxsus patrul avtomobili olub. Hətta zərbə o qədər güclü olub ki, DYP avtomobili yerində fırlanaraq üzü Sumqayıt istiqamətində dayanıb. Şahidlər bildirir ki, qəzada ən çox əzilən də elə DYP maşını olub. Onun arxa və yan tərəfi əzilib, maşının bir neçə detalı qoparaq ətrafa səpələnib.
Ehtimal olunur ki, DYP maşını qəzaya düşən avtomobillərdən birini təqib edərkən toqquşma baş verib.
APA-nın yaydığı məlumata görə, Dövlət Yol Polisi əməkdaşlarının olduğu 99 YP 734 dövlət nömrə nişanlı «BMV» markalı avtomobillə 06 BE 009 dövlət nömrə nişanlı “Audi” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 99 YP 734 dövlət nömrə nişanlı «BMV» markalı avtomobil yararsız vəziyyətə düşüb. “Audi” markalı minik avtomobilinə isə qismən ziyan dəyib. Xəsarət alan yoxdur.
Bu gün həmin qəzanın videosu sosial şəbəkələrdə yayılıb. Videodan belə məlum olur ki, DYP əməkdaşı maşını yüksək sürətlə idarə edir və görünür başı nəyəsə qarışdığı üçün qarşıya baxmır. Çünki bu vəziyyətdə qəzaya düşmək yalnız sürücünün diqqətinin başqa yerdə olması nəticəsində baş verə bilər. Videodan da göründüyü kimi, DYP əməkdaşı sükanı son anda qaçırmağa çalışır, lakin artıq toqquşma baş verir. Tormozu isə qəzadan sonra basır…
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














