Yol polisinin videosunu yayan sürücü ilə bağlı şok məlumatlar - Açıqlandı

Rauf Sultanov adlı sürücünün yol polislərinin qanunsuz davranışları ilə bağlı iddialarına Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cavab verib. Dünən Kanal 13-də yayılan videoda sürücü iddia edir ki, yol polisləri onun avtomobilini qanunsuz olaraq cərimə meydançasına aparıb və heç bir hüquqi sənədləşmə işi aparılmayıb. Sürücü yol polislərini "Polis haqqında" qanunu bilməməkdə ittiham edib. Lakin bu gün DYP-nin yaydığı açıqlamadan məlum olur ki, həmin video çəkilərkən əslində başqa problemlər var imiş.
Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, noyabrın 21-də, gecə saat 04.00 radələrində yol polisləri Bakının Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində "BMW" markalı, 90 PV 084 dövlət nömrə nişanlı avtomobili saxlayıblar. Buna səbəb avtomobilin ön hissəsindəki nömrənin yerində olmaması və arxa yan şüşələrdə pərdə vurulması olub. Saxlanılan zaman sürücü Sultanov Rauf Yusif oğlu sənədlərin üzərində olmadığını bilirib: "Yoxlama zamanı ondan kəskin spirtli içki iyinin gəlməsi inspektorlarda şübhə doğurub. Xüsusi texniki vasitə olan alkotesterlə ilkin yoxlama zamanı onun spirtli içki qəbul etməsi aşkar edilib və sürücü bunu səmimi etiraf edib. Yol polisləri sürücünü tibbi müayinəyə dəvət ediblər. Bu zaman o, məsuliyyətdən yayınmaq üçün müxtəlif vasitələrə əl atıb, jurnalist olduğunu deyib. Lakin yol polislərinin qətiyyətli davrandığını gördükdə video çəkməyə başlayıb və onlara qarşı əsassız ittihamlar səsləndirib. Sənədləşmə işi onun yanında aparılıb. Açarları təqdim etməyib. Avtomobil cərimə meydançasına evakuatorla aparılıb. Cərimə meydançasında aparılan yoxlama zamanı məlum ki, Rauf Sultanov həmin avtomobili etibarnanə olmadan idarə edir".
Vaqif Əsədov onu da bildirib ki, Rauf Sultanov bir neçə öncə Cinayət Məcəlləsinin oğurluq və dələduzluq maddələri ilə məsuliyyətə cəlb edilib. 2008-ci ildə anlaqsız vəziyyətdə olması və məcburi müaciləcəyə göndərilməsi barədə qərar verilib. Sonradan isə 1-cu qrup əlillik dərəcəsi alıb. Hazırda Xətai rayon Polis İdarəsində Rauf Sultanov barəsində cinayət işinin istintaqı gedir: "Göründüyü kimi, yol polisinə qarşı növbəti şər və böhtan cəhdi uğursuz alındı. Bütün bunlar qərəzlidir və faktlar göz qabağındadır".
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












