Yol polisinin xidməti Türkiyə televiziyasında - VİDEO
Yol polisi 8 Mart 2021 19:00 Oxunub 572
Yol polisinin xidməti Türkiyə televiziyasında  - VİDEO

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ənənəvi aksiya keçirib. 
Avtosfer.az xəbər verir ki, aksiya zamanı yol hərəkəti qaydalarını pozan xanım sürücülər saxlanılıb, onlara törətdikləri xətalar barədə izahat verilib, təbliğat xarakterli söhbətlər aparılıb. Eyni zamanda pandemiya qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb. 
Daha sonra həmin xanım sürücülərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin adından hədiyyələr təqdim edilib.

Bu tədbir Türkiyənin TRT Avaz televiziyası ilə canlı yayımlanıb. Görüntüləri təqdim edirik:

Nərminə

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh