Yol polisləri bu kəndlərdə sərxoş sürücü tapa bilmir

Bakı kəndlərində yol polisləri ilə bağlı maraqlı əhvalat yayılıb. Avtosfer.az-a bu barədə Buzovna qəsəbəsi sakinlərindən biri danışıb. O bildirib ki, yol polisləri Bakının Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan kəndlərində tez-tez reydlər keçirir, xüsusən də gecə vaxtı sərxoş sürücülərə qarşı sərt mübarizə aparırlar. Bir gün bir neçə yol polisi qərara gəlir ki, Nardaran və Maştağada da reyd keçirsinlər. Bu minvalla əvvəlcə Nardarana, sonra isə Maştağaya üz tuturlar. Məlumdur ki, bu kəndlərdə dinə meylli insanların sayı çoxdur. Yol polisləri bunu nəzərə almadan bir neçə sürücünü saxlayıb alkotetserlə yoxlayırlar. Hansı sürücü aparata üfləyirsə, hamısı təmiz çıxır. Sərxoş sürücü tapa bilmədiklərini görən yol polisləri bir-birinin üzünə baxır. İçərilərindən biri onlara göstəriş verir:
- Buradan bir şey çıxmaz, getdik Buzovnaya…
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












