Yol polisləri daha çox sürücü cərimələmək üçün yarışa başladı

Hansı yol polisi əməkdaşı dayanma-durma qaydalarının pozulması ilə bağlı daha çox inzibati protokol yazarsa, ona mükafat veriləcək. Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, Bakı şəhər Yol Polisi İdarəsi "Azadinform" İnformasiya Agentliyi və "Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatı ilə birgə növbəti layihəyə start verib: "Bu gün paytaxt yollarından sürücülük mədəniyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda yollardakı tıxaclar, qanunsuz parklamalar, sürət həddinin aşılması və s. yol hərəkəti qaydalarının pozulması ilə bağlı problemlər bütün cəmiyyəti narahat edir. Ona görə də layihə çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxtın inzibati ərazisində dayanma-durma və parklama qaydalarını pozan sürücülərə qarşı reydlər keçirəcək. May ayının 29-dək xidmət etdiyi ərazidə dayanma-durma və parklama qaydaları ilə bağlı maarifləndirmə işində fəal iştirak edən, eyni zamandan bu qaydaların pozulması ilə bağlı ən çox protokol yazan, eyni zamanda həmin protokollardan şikayət edilməyən yol polisi əməkdaşına 300 manat mükafat verləcək".
V.Əsədovun sözlərinə görə, DYP əməkdaşlarının mükafatlandırılması mərasimi may ayının 29-da Beynəlxlaq Mətbuat Mərkəzində keçiriləcək.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












