Yol polisləri hamilə qadını xəstəxanaya son anda çatdıra bildi – Bakıda

Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hamilə qadının həyatını xilas ediblər, Bu barədə Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, "Volkswagen" markalı, 90 AS 343 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Anatoli Finagenov Günəşli qəsəbəsi ərazisində 99 YP 286 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan yol polislərinə yaxınlaşaraq kömək istəyib. Sürücü bildirib ki, maşında hamilə qadın var və qanaxma başlayıb. Amma onu bu halda xəstəxanaya çatdıra bilməyəcəyini deyən sürücü YPX əməkdaşlarından kömək istəyib və müşaiyət edilməsini xahiş edib. Yol polisi inspektorları serjant Vüqar Məmmədov və serjant Samir Mirzəyev dərhal bu barədə Suraxanı DYPŞ-nin rəisinə məlumat veriblər. Rəisin icazəsi ilə inspektorlar patrul maşını ilə həmin sürücünü müşaiyət edərək qısa müddət ərzində "Beşmərtəbə" dairəsi yaxınlığındakı özəl klinikalardan birinə çatdırıblar. Həkimlərin müdaxiləsi nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Sürücü isə bu cür köməklik göstərdiklərinə görə yol polislərinə təşəkkür edib və bunu heç vaxt unutmayacağını bildirib.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












