Yol polisləri ilə sərhədçilər arasında mübahisə: "İkimiz də "paqon"uq..." - VİDEO

Bakıda yol polisi əməkdaşları və Dövlət Sərhəd Xidmətinin zabitləri arasında mübahisə yaşanıb. Avtosfer.az missiya.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, 20-ci sahə adlanan ərazidə baş verib. Belə ki, polis əməkdaşları içərisində Sərhəd Xidmətinin zabitləri olan qara rəngli "QAZ 31" markalı avtomobili saxlayıblar. Onlar yol hərəkət qaydasını pozmuş sürücüdən maşından düşməyi tələb etsələr də, o, polislərin sözlərinə əhəmiyyət verməyib. Şahidlərin sözlərinə görə, sürücü polis əməkdaşlarına "İkimiz də "paqonuq". Niyə saxlayırsınız? Siz də dövlət adamısınız, biz də..." deyə etirazını bildirib. Yol polisi əməkdaşları isə sürücünün qaydanı pozduğunu və müvafiq tədbirlər görüləcəyini bildiriblər. Amma Sərhəd Xidmətinin zabitləri buna sərt şəkildə etiraz edib və polisin qanuni tələblərinə məhəl qoymayıblar. Qeyd edək ki, avtomboli yolun ortasında dayandığı üçün Səbail rayon Dövlət Yol Polis idarəsindən 20 -ci sahə dairəsinə qədər olan yolda böyük tıxac yaranıb. Şahidlər həmin mübahisə anını lentə alıblar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












