Yol polisləri özünümüdafiə yarışında qalib oldular - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində silahsız özünümüdafiə üzrə daxili işlər orqanlarının əməkdaşları arasında yarış keçirilib. Yarışda 10 komandanı təmsil edən 80 idmançı gücünü sınayıb. Avtosfer.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın əvvəlində çıxış edən İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftaxetdinova ölkəmizdə gənclərə, idmana göstərilən dövlət qayğısının davam etdiyini, bunun nəticəsində Azərbaycan idmançılarının idman aləmində sayılıb-seçilən, ən güclülər arasında olduğunu diqqətə çatdırıb. Bir qədər ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi oyunlarında əldə edilən uğurların da əsasında məhz dövlətimizdə idmanın inkişafı, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi üçün yaradılan şəraitin durduğunu diqqətə çatdırıb.
Sonra yarışlara start verilib. Polis idmançıları yüksək fiiki hazırlıq, taktiki ustalıq nümayiş etdiriblər. Şəxsi birincilik yarışlarında DİN DQBİ-nin hərbi qulluqçularından Şahin Göyüşov (65 kiloqram), Alim Məmmədov (70 kiloqram), Müşfiq Hüseynov (90 kiloqram), Əlahiddə Çevik Polis Alayının təmsilçilərindən Elçin Vəliyev (75 kiloqram), Qurban Qaflanov (90 kiloqramdan yuxarı), Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından Tural Bayramov (80 kiloqram) və Fərid Mayılov (85 kiloqram) qalib gəliblər. Komanda birinciliyində Daxili Qoşunların hərbi qulluqçuları turnirin qalibi olub. Əlahiddə Çevik Polis Alayının komandası 2-ci, Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçiləri 3-cü yeri tutublar. Bu yarışda xüsusilə fərqlənən idmançılardan beynəlxalq turnirlərə qatılacaq komandamızın heyəti müəyyənləşib.
Yarışların baş hakimi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirdi ki, idmançı əməkdaşların əksəriyyətinin göstərdiyi çeviklik, bacarıq, texniki imkanlar ürəkaçandır. Xüsusilə Polis Akademiyasının, Sumqayıt ŞPİ -nin təmsilçilərinin əksəriyyəti yüksək hazırlıq nümayiş etdiriblər.
Yarışları polis polkovnik-leytenantı Elnur Həsənov idarə edib.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













