Yol polisləri qadını qarət edən oğruya aman vermədi - Sumqayıtda

Avqust ayının 16-da saat 18:10 radələrində, Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsində yolu keçən yaşlı qadının pul qabını oğurlayıb qaçmağa çalışan oğru ərazidə xidmət aparan yol polisləri tərəfindən zərərsizləşdirilib. Bu barədə Avtosfer.az zərərçəkmiş 1958-ci il təvəllüdlü Ələmmədova Almagül Həkim qızı özü məlumat verib.
O, bildirib ki, avtobusdan düşüb yolu keçərkən bir nəfər onun əlindəki içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantanı alaraq qaçıb. Bu zaman qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib və kömək istəyib. Yaxınlıqda qəza hadisəsi baş verdiyi üçün ərazidə xidmət aparan Sumqayıt şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları baş çavuşlar Əkbərov Sahib Xaliq oğlu və Hüseynov İsa Maarif oğlu dərhal oğrunun ardınca düşüblər. Təxminən 500 metr qaçdıqdan sonra oğru YPX əməkdaşları tərəfindən yaxalanıb və patrul avtomobilinə əyləşdirilərək yaxınlıqdakı polis bölməsinə aidiyyəti üzrə təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, soyğunçuluq törədən şəxs 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Ağəliyev Nizami Yaşar oğludur. Hazırda faktla bağlı araşdırma aparılır.
Almagül Ələmmədova Avtosfer.az saytı vasitəsilə ona kömək etmiş yol polislərinə öz təşəkkürünü bildirib.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












