Yol polisləri gecə vaxtı yolda qalan sürücüyə yaxınlaşıb görün nə etdilər - VİDEO

Yolda qalan sürücünün köməyinə yol polisləri çatıb. Avtosfer.az xəbər verir hadisə sentyabrın 17-də, paytaxtın hava limanı yolunda baş verib. Belə ki, 10-GH-563 qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin yanacağı bitdiyi üçün yolun kənarında qalıb. Ərazidə xidmət aparan Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücüyə yaxınlaşıblar. 90-YP-585 qeydiyyat nişanlı YPX avtomobilində xidmət aparan polis baş serjantı Süleymanlı Pərviz Mehman oğlu yanacaqdoldurma məntəqəsinə qədər avtomobili itələyib, digər əməkdaş isə patrul avtomobili ilə onların təhlükəsizliyini təmin edib. Avtomobilə yanacaq doldurduqdan sonra sürücünün mənzil başına getməsini təmin ediblər. Sürücü polis əməkdaşlarının bu cür xidmətinə görə onlara öz təşəkkürünü bildirib.
Sözügedən videonu təqdim edirik:
Nərmin
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











