Yol polisləri tıxaca səbəb olan avtomobili yoldan belə çıxardılar – İbrətamiz VİDEO

Bakı-Sumqayıt yolunda son günlər sıxlıq müşahidə olunur. Bəzən isə nasaz avtomobillərin bu cür sıxlıq baş verən ərazilərdə xarab olub yolun ortasında qalması vəziyyəti daha da çətinləşdirir. Avtosfer.az-ın təqdim etdiyi bu videoda da belə bir mənzərə əksini tapıb. Belə ki, sentyabrın 2-də Beynəlxalq Avtovağzalın qarşısında «VAZ-2107» markalı avtomobil texniki nasazlıq ucbatından yolun hərəkət hissəsində qalıb. Sıxlıq vaxtı vəziyyəti daha da gərginləşdirən həmin avtomobili yolun tən ortasından kənarlaşdırmaq üçün əraziyə piyada şəkildə 3 yol polisi əməkdaşı yaxınlaşır. Görünür, patrul avtomobili ilə həmin nöqtəyə yaxınlaşmaq çətin olduğu üçün DYP əməkdaşları piyada hərəkət etməli olublar. Onlar dərhal «07»yə yaxınlaşaraq onu yoldan çıxarırlar. Zabitin göstərişi ilə serjantlar maşını itələyib sağ tərəfdəki təhlükəsizlik adacığına çıxarırlar. Bununla da yolda avtomobillərin hərəkəti qismən normallaşır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin yol polisləri «Ekologiya postunun» əməkdaşları olub.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














