Yol polisləri yağış yağanda bu geyimdə xidmət aparacaq - VİDEO

Bakıda yağışlı havaların təsiri bir çox sahələrdə olduğu kimi, Dövlət Yol Polisi sistemində də bəzi yeniliklərə səbəb olub. Avtosfer.az-ın verdiyi məlumata görə, artıq yol polisləri bundan sonra rezin çəkmələrdən də istifadə edəcək. Sonuncu dəfə yağan güclü yağışdan sonra bütün DYP əməkdaşları rezin çəkmələrlə təmin edilib. Bundan əlavə, onların hər biri yağışkeçirməyən geyimlərlə də təmin olunublar. Bu addımın atılması ilk növbədə həmin əməkdaşların sağlamlığının qorunması ilə bağlıdır. Bundan əlavə, DYP əməkdaşları bu geyimlərlə təmin olunduqları üçün normal hava şəraitində apardıqları xidmətdən heç də zəif xidmət aparmayacaqlar. Bütün bunları nəzərə alaraq, DYP əməkdaşları meteroloji şəraitə uyğun həmin geyim vasitələrindən də istifadə etməyə başlayıblar.
Məlum olduğu kimi, yağışlı havalarda qayda pozan sürücülərin sayı çoxalır. Hər kəs mənzil başına tez çatmaq istəyir və əsasən də, nizamlanmayan yolayrıclarında bir-birlərinə yol vermədikləri üçün tıxac yaranır. Bundan əlavə, yağışın təsirindən bəzən svetoforlar işləmədiyi üçün sürücülər cəmi bir neçə dəqiqə ərzində uzun tıxaclar yaradırlar.
Svetofor işləmədikdə əlbəttə ki, nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutmaq lazımdır. Belə halda, ilk növbədə nişanlara fikir vermək, nişan yoxdursa, sağdan gələn nəqliyyat vasitələrinə yol verməklə hərəkəti davam etdirmək tələb olunur. Lakin əksər sürücülərimiz qarışıqlıq salıb tıxaca səbəb olurlar. Bu zaman sözsüz ki, əraziyə DYP əməkdaşları cəlb olunur. Belə vəziyyətdə sürücülər nişanların və ya işləməyən svetoforun sayrışan işıqlarını yox, nizamlayıcının, yəni ərazidəki DYP əməkdaşlarının əllə verdiyi işarələri üstün tutmalı və bu işarələrin tələbini yerinə yetirməlidirlər.
Heç şübhəsiz ki, yağmurlu havada yol polislərinin küçə və yollarda əvvəlki günlərdən fərqlənməyən normal xidmət apara bilməsi üçün rezin çəkmələrin və sukeçirməyən geyimin olması xüsusi rol oynayır.
Qeyd etmək lazımdır ki, DYP əməkdaşları yağışlı-qarlı havalarda yolda təkcə hərəkəti tənzimləmir, həm də müxtəlif səbəblərdən yolda qalan sürücülərə kömək edir.
Avtosfer.az bu mövzü ilə bağlı İTV-nin hazırladığı reportajı təqdim edir:
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













