Yol polislərinə verilən cərimə faizi ləğv olunur?

Bir neçə aydır yol polisi əməkdaşlarının cərimələrdən əldə olunan faizləri ala bilməməsi ilə bağlı “Azadlıq” qəzetində məlumat yayılıb. Sözügedən məlumatda hətta faiz sisteminin yaxın zamanlarda ləğv olunacağı da bildirilir. Bunun səbəbi isə hazırkı iqtisadi durumla əlaqələndirilir. “Qafqazinfo” yayılan məlumatla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, hansısa yol polisi əməkdaşının əməkhaqqına əlavə olunan faiz məbləğini almaması barədə quruma məlumat daxil olmayıb: “Ola bilər ki, kimsə məzuniyyətdə olduğu üçün ala bilməyib. Çünki məzuniyyət dövründə hesablanmır. Amma məbləğ qalan bütün əməkdaşların maaşına əlavə olunub. Kiminsə belə bir problemi varsa, məsələni ictimailəşdirməzdən əvvəl ondan yuxarı vəzifə tutan şəxslərə raportla məlumat verməlidir”.
Cərimə faizi məsələsinin ləğv olunması məsələsinə gəlincə isə K. Əliyev bundan məlumatlı olmadığını nəzərə çatdırıb: “Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib-edilməyəcəyi barədə məlumatlı deyiləm. Bilirsiniz ki, cərimələrdən əldə olunan vəsaitin 25 faizinin əmək haqqına əlavə edilməsi ilə bağlı cənab prezident tərəfindən sərəncam verilmişdi”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













