Bu il yol qəzalarında ölən və xəsarət alanların sayı açıqlandı – ŞOK RƏQƏMLƏR - VİDEO
Yol polisi
29 Dekabr 2022 15:51
Oxunub 1606

“Cari ilin 11 ayı ərzində respublika üzrə ümumilikdə ölüm və xəsarətlə nəticələnən 1553 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 757 nəfər həlak olub, 1369 nəfər isə xəsarət alıb". Avtosfer.az xəbər verir ki, bunu Baş DYP İdarəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli deyib. Onun sözlərinə görə, sürət həddinin aşılması nəticəsində cari ilin 11 ayı ərzində respublika üzrə ölüm və xəsarətlə nəticələnən 624 yol-nəqliyyat hadisəsində 374 nəfər həlak olub, 449 nəfər isə xəsarət alıb. Bu da hadisələrin 40.2 %-ni təşkil edir.
“Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə gəldikdə isə cari ilin 11 ayı üzrə 637 yol-nəqliyyat hadisəsi qeydə alınıb və 335 nəfər həlak olub, 349 nəfər isə xəsarət alıb".
Nəzrin Sailqızı
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














