Yol qəzalarının əksəriyyətinin başvermə səbəbi sürətlə bağlıdır - Rövşən Tağıyev

Yüksək sürət – sürətli ölüm!
Hər kəs düşünür ki, faciə yalnız başqalarının başına gələ bilər. Amma sükan arxasında bir saniyəlik düşüncəsizlik, qaydalara məhəl qoymamaq, sürət həddini aşmaq bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur.
Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Onun sözlərinı görə, son illər yol qəzalarının böyük əksəriyyəti yüksək sürətlə bağlıdır. Sürücülər adrenalin və həyəcanın cazibəsinə qapılaraq, təhlükəni dəyərləndirmədən sürət həddini aşırlar. Amma unutmaq olmaz: yüksək sürət avtomobili deyil, insan həyatını idarə edir!
Qəza anında saniyələr içində hər şey dəyişir. Ailə üzvləriniz, dostlarınız, sevdikləriniz sizi gözlədiyi halda, yolun ortasında qalan bir faciəyə çevrilməyin.
Sürət həvəsinə yox deyin! Həyatınızı və başqalarının həyatını riskə atmayın!

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












