Yol qəzalarının və ölənlərin sayı artdı - DYP-dən RƏSMİ AÇIQLAMA

Respublika ərazisində ötən il ərzində 1649 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, ölkədə pandemiya əleyhinə məhdudiyyət tədbirlərinin tətbiq olunduğu 2020-ci illə müqayisədə hadisələrin sayı 62 (+3,9%) fakt, ölənlərin sayı 10 (+1,4%) nəfər, yaralananların sayı isə 42 (+3%) nəfər artıb. Qəzaların 514-ü paytaxt ərazisində qeydə alınıb ki, nəticədə 211 nəfər həyatını itirib, 413 nəfər isə xəsarət alıb.
Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib. Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub. Sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir. Yol-nəqliyyat hadisələrinin növləri içərisində həmçinin toqquşma (539), maneəni vurmaq (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir. Qəzalarda həlak olan 706 nəfərdən (onlardan: 7 yaşına qədər 13 nəfər, 7 yaşından 16 yaşına qədər 36 nəfər, qadınlar 148 nəfər) 345-i piyada, 184-ü sürücü, 151-i sərnişin, 22-si velosipedçi, 1-i arabaçı, 3-ü isə digər hərəkət iştirakçılarıdır.
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO










