Yol qəzasında ölən polisin anasından tükürpədən - İNTİHAR CƏHDİ

Göyçay rayon Polis Şöbəsinə məxsus xidməti avtomobili aşıraraq dünyasını dəyişən polis əməkdaşının anası intihara cəhd edib. Bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində Göyçay rayon Polis Şöbəsinin əməliyyat-axtarış üzrə müvəkkili, polis leytenantı, İsmayıllı rayon sakini 1989-cu il təvəllüdlü Mustafayev Asiman Müqabil oğlu idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobili aşırıb. Hadisə barədə xəbəri eşidən anası, İsmayıllı şəhərinin Q. Əsədov küçəsindəki 11 saylı evdə yaşayan, 1967-ci il təvəllüdlü Mustafayeva Qəribə Alməmməd qızı Göyçay Mərkəzi Rayon Xəstəxanasına (MRX) gedərkən yolda oğlunun ölüm xəbərini alıb və sürətlə hərəkətdə olan avtomobilin qapısını açaraq özünü atıb. Q.Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay MRX-na yerləşdirilib. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
APA
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












