Yola duz səpən yol polisinə bir də bu yandan baxın - VİDEO

Dünəndən bəri sosial şəbəkələrdə Bakıda yol polisi əməkdaşının qarlı havada yola duz səpməsini əks etdirən video yayılıb. Videoda DYP əməkdaşı mağazada qutuda satılan xörək duzunu yola səpməsi əksini tapır. Və çoxları bu görüntülərdəki yol polisini ələ salan, qınayan fikirlər yazır. Hətta «2017-ci ildə Bakıda yola buzu belə səpirlər» kimi fikirlər yazaraq ironiyalı düşünənlər də var. Amma gəlin bir qədər dərindən düşünərək və məsələnin əsl mahiyyətinə nəzər salaq.
Əvvəla, yol polisinin nə qanunvericiklə, nə də «Yol-patrul xidməti haqqınnda» Təlimatla yolda qar təmizləmək, buzda sürüşən maşınları itələmək və digər bu kimi xidmətlər göstərmək öhdəliyi yoxdur. Onların işi yolda hərəkətin təşkilini və təhlükəsizliyini təmin etməkdir. Bu videoda gördüyünüz yol polisinin kiçik hərəkəti isə əslində, böyük ürək sahibi olmasından irəli gəlir. O, svetoforda avtomobillərin dayanmasının çətinləşdiyini, tormoz məsafəsi uzandığı üçün sürüşüb yolayrıcına çıxdığını görərək bunun qarşısını almaq qərarına gəlir. Və mağazaya daxil olub öz pulu ilə bir neçə qutu duz alaraq yola səpir ki, maşınlar sürüşüb yolayrıcına daxil olmasınlar. Bununla da, onların qəzaya düşməsinin qarşısını almağı düşünür.
Əslində, bunu Bakı şəhər İcra Hakimiyyəti və «Azəravtoyol» ASC-nin əməkdaşları xüsusi texnikalarla etməli idi. Lakin görünür, onlar bu küçələrə düz və ya qum səpmədiyi üçün yol polisi əməkdaşı xidməti ərazisində nəcib bir hərəkətlə qəza riskini azaltmağa çalışıb.
Polisin bu davranışı alqışa layiqdir. Bu kiçik hərəkətlə böyük bir iş gördü. Bakıda bizim yol polisi əməkdaşının bu insanlıq dərsi yəqin ki, başqa ölkələrdə baş versəydi indi onu «dünyanın nəcib polisi» kimi qələmə verənlər də tapılardı. Bu polisə böyük iş görüb. Bunu danmaq olmaz. Onun böyük işini kiçik görənlər isə kiçik adamların işidir.
Elməddin Muradlı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












