Yolda tıxac yarandı – Yol polisi rəisi işdən çıxarıldı

Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Tofiq Quliyev tutduğu vəzifədən azad edilib. Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, T.Quliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib. Hazırda Nərimanov DYPŞ-nin rəisi vəzifəsinə təyinat yoxdur.
Əldə etdiyimiz məlumata görə, Tofiq Quliyevin işdən çıxarılmasına səbəb rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasıdır. Ona dəfələrlə xəbərdarlıq olunsa da, rəis həmin ərazilərin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin nəzarətində olduğunu bildirib və heç bir tədbir görməyib. Lakin araşdırma aparıldıqda məlum olub ki, dayanma-durma qaydalarının pozulduğu və sıxlıq yarandığı əraziyə cavabdeh birbaşa Nərimanov DYPŞ-dir. Bu səbəbdən də rəis cəzalandırılaraq işdən azad olunub.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












