Yoldakı suyu piyadanın üstünə sıçradan sürücülər CƏRİMƏLƏNƏCƏK - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev “Avto FM” radiosuna açıqlamasında sürücülərin ən çox maraqlandığı məsələlərə aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, xüsusilə son vaxtlar dövlət qeydiyyat nişanlarının təmiz saxlanılması, motosikletdə qoruyucu dəbilqədən istifadə və hərəkət zamanı su və ya palçığın digər nəqliyyat vasitələrinə və piyadalara sıçradılması ilə bağlı çoxlu suallar daxil olur.
Elvin Hacıyev qeyd edib ki, hər bir sürücü avtomobilinin dövlət qeydiyyat nişanının aydın görünməsini təmin etməlidir. Onun sözlərinə görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün təmiz saxlanılmaması inzibati xəta tərkibi yaradır. Bu məsələni bəzi sürücülər ciddiyə almır, halbuki nişanın palçıq və ya tozla örtülməsi həm qayda pozuntusu sayılır, həm də digər iştirakçılar üçün çətinlik yaradır.
Baş inspektor eyni zamanda motosiklet sürücülərinə də müraciət edib. O xatırladıb ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, motosikletin həm sürücüsü, həm də sərnişini motodəbilqə geyinməli və onun düymələnməsini təmin etməlidir. Bu qaydanın əsas məqsədi qəza zamanı insan həyatını qorumaqdır. “Motodəbilqə yalnız cərimədən yayınmaq üçün deyil, həyatınızı xilas etmək üçün vacibdir,” – deyə Hacıyev vurğulayıb.
Sürücülərin tez-tez verdiyi suallardan biri də hərəkət zamanı su və ya palçığın piyadalara və ya digər nəqliyyat vasitələrinə sıçraması ilə bağlıdır. Elvin Hacıyev bildirib ki, belə hallar inzibati məsuliyyət yaradır: “Asfalt örtüyündə yaranmış suyun və ya palçığın sürücü tərəfindən bilərəkdən və ya qəsdən digər nəqliyyat vasitələrinə, piyadalara, eləcə də yaşayış binalarına sıçradılması inzibati xəta tərkibi yaradır. Bu səbəbdən sürücülər xüsusilə yağışlı havalarda daha diqqətli olmalıdırlar.”
DYP rəsmisi sonda bir daha sürücüləri qaydalara əməl etməyə və yol hərəkəti mədəniyyətinə ciddi yanaşmağa çağırıb. “Qaydalara əməl etmək təkcə cərimədən yayınmaq deyil, həm də həm özünüzün, həm də başqalarının həyatını qorumaq deməkdir,” – deyə Elvin Hacıyev qeyd edib.
Eltac Zülfüqaroğlu
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










