Yollarda çətin xidmət, gərgin məşqlər və uğurlu nəticələr - FOTOLAR

Cinayətkarlıqla mübarizədə fədakarlıq göstərən, asayişi, sabitliyi qorumaq üçün gecəli-gündüzlü sayıq xidmət aparan, yeri gələndə silahlı şəxsləri tərksilah edən, yanğının, odun-alovun içindən insanları xilas edən polislərimizin bizə idman zəfərləri də bəxş etməsi xəbərlərinə artıq alışmışıq.
Daxili işlər orqanlarında xidmətin gərginliyinə, əməkdaşların vəzifə borclarını yerinə yetirmək üçün bəzən gecəni-gündüzə qatıb işləməsi adi haldır. Ancaq idmançı əməkdaşlarımız ölkəmizi sərhədlərimizdən uzaqlarda layiqincə təmsil etmək, gənclərimizə örnək olmaq üçün vaxt tapıb idmanla məşğul olması, ustalıqlarını artırması, beləliklə də bizlərə yeni idman qələbələri bəxş etməsi üçün əllərindən gələni əsirgəmirlər. Elə əməkdaşlarımız da var ki, onlar beynəlxalq aləmdə qazandıqları çoxsaylı qələbələrlə kifayətlənməyib milli komandalarımızın hazırlanması ilə də məşğul olurlar.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının xidməti fəaliyyətinin gərginliyini əlavə izaha ehtiyac yoxdur. Yayın qızmarında, qışın ayazında, sazağında onlar yollarda hərəkətin təhlükəsizliyini təmin edir, çətinə-dara düşənə hamıdan birinci yardıma çatırlar.
Onların avtoqəzalarda zərərçəkənlərə göstərdikləri yardımlar, təbii fəlakətlər zamanı göstərdikləri xilaskarlıq barədə çox deyilib, çox yazılıb. Amma bu yazımızda biz yol polisi əməkdaşlarının idmanımızın inkişafı, gənclərin hazırlanması üçün gördükləri işlərdən söz açacağıq.
BDYPİ-nin əməkdaşı, polis kapitanı Fərid Mayılov ölkəmizdə kunq-fu sanda idman növünün, belə deyək pionerlərindəndir. Kiçik yaşlarından güləş, daha sonra boksla məşğul olub. Amma sovet dönəmində qadağan olunmuş kunq-fu idman növünə həvəs göstərdiyindən məşqlərini də bu istiqamətdə davam etdirib. Nəticə uğurlu olub. Ölkə çempionatlarında 12 dəfə qalib gəlib. Dəfələrlə əlbəyaxa döyüş üzrə DİN birinciliklərində baş mükafata sahib olub. Gücünü beynəlxalq miqyaslı yarışlarda da sınayıb. 2 dəfə dünya kubokunu qazanıb, bir o qədər də Avropa çempionu olub. 6 dəfə dünya çempionatının qızıl medalına sahib olub. Əməkdar idman ustası F.Mayılov həm də ölkəmizin Kunq-fu Federasiyasının vitse-prezidentidir. Qatıldığı tədbirlərdə, gənclərlə görüşlərdə ölkəmizdə aparılan idman siyasətini, dövlətin gənclərə diqqət və qayğısını təbliğ edərək, yeniyetmə və gənclərə zərərli vərdişlərdən uzaq olmağı daim öz sağlamlıqlarına ciddi fikir verməyi tövsiyə edir. Söz düşəndə yol polislərimizin fiziki hazırlığı üçün DİN və BDYPİ rəhbərliyinin yaratdığı şəraiti yüksək dəyərləndirir.
Polis serjantı Tural Bayramov da BDYPİ-də xidmət edir. Hələ gəncdir. Amma əldə etdiyi nailiyyətlərə görə ölkəmizin ən təcrübəli idmançılarından sayılır. Kiqboksinqlə məşğul olan təmsilçimiz ölkə çempionatında 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kiqboksinq üzrə 3 qat dünya çempionudur. Peşəkarlar arasında həm ölkə, həm də dünya çempionudur. Əlbəyaxa döyüşdə 3 versiya üzrə dünya kəmərinin sahibidir. Avropa kəmərini də əldən verməyib. K-1 döyüş versiyasında Asiya, Avroasiya və dünya çempionatlarının qalibidir. Peşəkar rinqdə keçirdiyi 35 döyüşdən 32-də qələbə qazanıb. Bu saydıqlarımız onun əldə etdiyi nailiyyətlərinin hamısı deyil.
Söhbətimiz zamanı daha çox gələcək planlarından danışan T.Bayramov gənclərimizin sağlamlığı, hərbi vətənpərvərlik tərbiyəsinin mühüm elementlərindən olan idmanla məğul olmaları üçün keçirilən təbliğat işlərində də yaxından iştirak etdiyini diqqətə çatdırdı.
Hər iki idmançımızın yeni nailiyyətləri ilə oxucularımızı da tanış edəcəyik.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO














