Yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər - DYP-dən SÜRÜCÜLƏRƏ MÜRACİƏT

Uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu səfərə çıxan sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, həftəsonları ölkə əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir:
"İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır".
Müraciətdə vurğulanıb ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur.
İçki içdikdən nə qədər sonra maşın sürmək olar? - DYP cavablandırdı
Vətəndaşı döyən polislər işdən qovuldu; döyülən şəxs qazi deyilmiş - FOTO
Yol polisi şagirdlər arasında təbliğat apardı - Qaydaları öyrədirlər - FOTOLAR
Yol polisi zolağı qəfil dəyişib təhlükə yaradanların görüntülərini yaydı - REAL VİDEO
Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparır - FOTOLAR - VİDEO
Qayda pozan sürücünün arvadı: “Rəis, aparıb dərsini verəcəm” - VİDEO
Yol polisi hava ilə bağlı sürücülərə çağırış etdi
Polis kanala düşən azyaşlını belə xilas etdi - VİDEO
"Qarşıdakı günlərdə hava pisləşəcək" - DYP-dən HAVA XƏBƏRDARLIĞI - FOTO
Piyada keçidlərində insanların həyatını heçə sayan sürücülər - REAL VİDEO
Yol polisi sərnişindaşıma ilə bağlı Biləsuvarda reyd keçirdi - Qayda pozanlar cərimələndi - FOTO











