Yollarda görünüş məhdudlaşacaq - DYP-dən XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 21-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumatda sürücülərə xəbardarlıq edilib:
"Yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli olmağa çağırır və aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:
Sürət həddini hava şəraitinə uyğun seçin.
Yaxın məsafəni göstərən işıqları (faraları) yandırın, zərurət olduqda duman faralarından istifadə edin.
Ötmə və kəskin manevrlərdən çəkinin.
Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırın. Xüsusilə piyada keçidlərində daha ehtiyatlı olun.
Unutmayın: Qeyri-sabit hava şəraitində nəqliyyat vasitələrini idarə etmək əlavə diqqət və məsuliyyət tələb edir!
Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır".
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO












