Yorğun və yuxusuz sürücülərə DYP-dən MÜRACİƏT - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki. müraciətdə deyilir:
"Yorğun və yuxusuz halda sükan arxasına keçməyin!
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, yorğunluq və yuxusuzluq nəqliyyat vasitəsinin idarə olunmasında ciddi təhlükə yaradır. Uzun müddət istirahətsiz qalmaq sürücünün reaksiya müddətini gecikdirir, diqqətini yayındırır və qəzaların baş vermə riskini artırır.
Aparılan tədqiqatlar göstərir ki, uzun məsafə qət edən və ya gecə saatlarında hərəkət edən sürücülər arasında mikroyuxu halları daha çox qeydə alınır.
Mikroyuxu zamanı insan bir neçə saniyə ərzində huşunu itirir və bu, nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb ola bilər. Yol hərəkəti təhlükəsizliyi baxımından bu, son dərəcə ciddi risk yaradır.
Bunun qarşısını almaq üçün sürücülərə aşağıdakı tövsiyələr edilir:
Yola çıxmazdan əvvəl kifayət qədər yatmaq və istirahət etmək vacibdir.
Özünüzü yorğun hiss edirsinizsə, avtomobili təhlükəsiz yerdə saxlayıb dincəlin.
Uzun səfərlər zamanı hər 2-3 saatdan bir qısa fasilələr vermək tövsiyə olunur.
Əgər yuxululuq hiss edirsinizsə, sükan arxasında qalmayın və nəqliyyat vasitəsini idarə etməyi dayandırın.
Unutmayın ki, yuxusuz halda avtomobil idarə etmək sərxoş vəziyyətdə sükan arxasında olmaq qədər təhlükəlidir! Hər bir sürücünü diqqətli və məsuliyyətli olmağa çağırırıq!".
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO











