YPX avtomobili harada dayanmalıdır? - Təlimat üzrə cavab

Mənə tez-tez verilən suallardan biri budur: "Yol-patrul xidməti (YPX) avtomobili harada dayanmalıdır?". Bunun aydın cavabı Yol-patrul xidməti (YPX) haqqında Təlimatda əks olunub. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, Yol-patrul xidməti (YPX) haqqında Təlimatın 4.3-cü bəndində qeyd edilir: "Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır". Qeyd edək ki, sürücülər tez-tez yol-patrul xidməti əməkdaşlarının qanunla müəyyən edilmiş yerlərdə dayanmamasından şikayət edirlər. Onların sözlərinə görə, YPX əməkdaşları yollarda ya gizlənərək, ya da qanunla qadağan edilmiş yerlərdə durur və sürücüləri də avtomobili qadağan olunmuş yerlərdə saxlamağa məcbur edirlər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












