Yük avtomobilləri qaydaları pozur - Yol polisi hərəkətə keçdi - VİDEO

Yerin təkindən qeyri-qanuni istifadə edib ,qum-çınqıl satışı ilə məşğul olan şəxslər sərt şəkildə cəzalandırlacaqlar. Daxili İşlər Nazirliyi bu istiqamətdə həm Bakıda, həm də bölgələrdə reydlər keçirəcək. Bəs yerin təkindən kimlər qanuni istifadə edə bilər? Qum-çınqıl satışı ilə məşğul olmaq üçün hansı sənəd tələb olunur? Suallarımıza Dövlət mineral xammal ehtiyatlarından istifadə agentliyinin sədri Samir Qurbanov cavab verib.
Qeyri-qanuni qum-çınqıl daşınması və satışı ilə məşğul olanlara qarşı nəzarət gücləndirilir.Qanunun tələblərini pozan şəxslər barəsində ciddi tədbirlər görüləcək.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə,bu ilin əvvəlindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşının alınması istiqamətində keçirilən reydlər zamanı 33 fakt aşkar edilib.Onlar barəsində qanunauyğun tədbirlər görülülüb.Ancaq buna baxmayaraq hələ də qeyri-qanuni qum-çınqıl daşınması və satışını həyata keçirən şəxslər var.Bəs bu işlə məşğul olan şəxslərdən hansı sənədlər istənilir ?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanovun sözlərinə görə, yerin təki faydalı qazıntı hesab edildiyindən ,yəni dövlətin sərvəti hesab olunduğundan ,icazə almadan qum-çınqılın qazılması, götürülməsi və daşınması qadağandır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə bildirir ki, bölgələrdə yerin təkindən qanunsuz istifadə və qeyri-qanuni qum-çınqıl daşıyan şəxslər aşkar edildiyi zaman onlar müvafiq miqdarda cərimə olunacaqlar.
Qeyd edək ki,paytaxt və bölgələrdə bu istiqamətdə bundan sonra da nəzarət tədbirləri davam etdiriləcək.
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI










