Yuxunuz gəlirsə, yola çıxmayın - DYP postlarına yaxınlaşın

“Gecə saatlarında baş verən qəzalara sürücülərin yorğunluğu və yuxulu olmaları təsir edir. Belə halların qarşısını almaq məqsədilə bütün postlarda sürücülərin istirahəti üçün şərait yaradılıb”. Avtosfer.az xəbər verir ki, bunu azvision.az-a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. DYP rəsmisi bildirib ki, gecə saatlarında yola çıxan sürücülər avtomobili stasionar postlarda saxlayıb, əl-üzlərini yuya və ya dincələ bilərlər. “Sürücünün yuxusu gəlirsə, həmin ərazidəki dayanacaqlarda avtomobili saxlayıb 2-3 saat yatıb, sonra yoluna davam edə bilər. Bir çox sürücülər postlarda yaradılan şəraitdən istifadə edir”.
K.Əliyev qeyd edib ki, yük avtomobillərinin sürücüləri sutkanın qaranlıq vaxtı yola çıxmağa üstünlük verirlər, bu isə bəzən ağır qəzalarla nəticələnir. “Yük avtomobillərinin bir çoxunda kondisoner olmadığı üçün sürücülər axşam saatlarında yola çıxmağa üstünlük verirlər. Sürücü yorğun olduğu halda avtomobil idarə etməməlidir. Amma bütün sürücülərin gecə saatlarında hərəkətini qadağan edə bilmərik. Xüsusilə, indi kənd təsərrüfatı məhsullarının şəhərə daşındığı vaxtdır. Əksəriyyət çalışır ki, gecə yola çıxıb, səhər şəhərə çatsın. Bəzən onlar istirahət etmədən yola çıxırlar. Bu isə sürücünün sükan arxasında yuxuya getməsinə və sonda ağır qəzalara səbəb olur”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












