Zaqatalada toy karvanında "avtoş"luq edən qazilər CƏRİMƏLƏNDİ - VİDEO

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Avtosfer.az-a bildirib ki, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmini məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər keçirilir və görülən işlər barədə kütləvi informasiya vasitələrində məlumatlar paylaşılır.
Həmçinin, nəqliyyat vasitəsi idarə edən gənclər və xüsusilə də qazilərlə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparır, törətdikləri qayda pozuntularının özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükəli olduğu onlara izah edilir.
Üç “VAZ-2107” markalı avtomobilin yol-hərəkəti qaydalarını pozmalarına dair görüntülərə gəldikdə isə həmin kadrlar 2020-ci ildə qeydə alınıb və nəqliyyat vasitələrini idarə edən şəxslər barəsində inzibati protokollar tərtib olunub. Ancaq buna baxmayaraq, barələrində tətbiq olunan inzibati tənbeh tədbirlərindən nəticə çıxarmayanlar da var.
Belə ki, videoda da görüntülənən 62-BF-211 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Zaqatala rayon sakini Valeh Qazilov barəsində cari il ərzində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən bir neçə dəfə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və ümumilikdə o, 400 manat cərimələnib.
Hərəkət iştirakçılarının sağlamlığının qorunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə ölkəmizin digər bölgələrində olduğu kimi Zaqatalada da yol polisi əməkdaşları tərəfindən tədbirlər bundan sonra da davam etdirləcək.
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO










