Zəngilan polisinin komandası turnirin qalibi olub

Abşeronda rayon icra hakimiyyətinin təşkilatçılığı və “Əlincə” İdman Klubunun təşəbbüsü ilə iyunun 15-dən 26-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə və 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışının 24 illiyinə həsr olunmuş futbol turniri keçirilib. “Qurtuluş” günündə başlayan yarışda rayon ərazisində fəaliyyət göstərən müxtəlif idman cəmiyyət və klublarını təmsil edən 14, eləcə də Masazır qəsəbəsində yerləşən Zəngilan Rayon Polis Şöbəsinin futbol komandası iştirak edib.
On gün davam edən yarşın finalında Zəngilan RPŞ-nin futbol komandası “Əlincə” idman kulubu ilə qarşılaşıb. "Əlincə Arena"da keçirilən görüşün yekununda Zəngilan RPŞ-nin komandası 5:4 hesabı ilə qalib gələrək fəxri kürsünun ən yüksək pilləsinə qalxıb. Turnirin sonunda qalib komandalara xatirə hədiyyələri, yarışın kuboku təqdim olunub.
Tədbirin sonunda çıxış edən Zəngilan RPŞ-nin rəisi polis polkovnik-leytenantı Ənvər Həsənov çıxış edərək ümummilli liderin ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, ümummilli lider Heydər Əliyevin Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ölkədə ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin təşkilində, insan hüquq və azadlıqlarının təminatındakı rolunu və fədakar xidmətini həmişə yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.
O, yarış təşkilatçılarına öz təşəkkürünü bildirib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













