Zəngilan polisləri peşə bayramını belə qeyd etdi; mükafatlar verildi - FOTOLAR

Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “2 iyul- Azərbaycan Polisi Günü” ilə əlaqədar rayon tədbiri keçirilib. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Zəngilan rayon Polis Şöbəsinin rəisi Bəkir Cabbarov, şöbənin əməkdaşları, YAP Zəngilan rayon təşkilatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, keçmiş polis əməkdaşları iştirak etdilər.

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsilə başlandı.

Zəngilan Rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov ötən 108 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolunda yaratdığı dəyərli ənənələrdə, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını vurğlayaraq işğaldan azad edilmiş rayon ərazisində polis əməkdaşlarının mövcud vəziyyətə uyğunlaşdığını, asayişin və təhlükəsizliyin təmin edilməsində etibarlı xidmətin böyük əzm və peşakarlıqla davam etdirildiyini vurğulayaraq onlara çətin və şərəfli işlərində uğurlar arzuladı.
Zəngilan rayon Polis şöbəsinin rəisi polis polkovniki Bəkir Cabbarov polis işçilərini təbrik edərək polisin xidmətləri barədə məruzə ilə, DİN-nin Polis Akademiyasının müəllimi, ehtiyatda olan polis polkovnik leytenantı Bərxudar Şıxəliyev, Zəngilan rayon Polis Şöbəsinin Veteranlar Şurasının üzvü, istefada olan polis polkovnik leytenantı Osman Vəliyev məruzə ətrafında çıxış etdilər. Daha sonra Milli Məclisin deputatı İmamverdi İsmayılovda öz çıxışı ilə polis əməkdaşlarını təbrik etdi.
Tədbir xüsusi xidmətləri olan bir qrup rayon polis şöbəsinin əməkdaşlarına fəxri fərmanların təqdim olunması ilə başa çatdı.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO




























