Ziya Məmmədovun saytları Ramil Usubovu “vurub”? - DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi sabiq nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan xəbər saytlarında nazir Ramil Usubova və DİN-ə qarşı kampaniya aparılması ilə bağlı yayılan xəbərlərə reaksiya verib. Qurumun Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, belə iddialar həqiqəti əks etdirmir: "Belə bir yalan və əsassız iddia ilə bağlı bildirirəm ki, Daxili İşlər Nazirliyinin digər dövlət qurumları ilə yanaşı keçmiş Nəqliyyat Nazirliyi ilə də bir çox sahələr üzrə faydalı və səmərəli əməkdaşlıq əlaqələri olub. Eyni zamanda, hörmətli Ziya müəllimin istər nazir vəzifəsində olduğu dövrdə, istərsə də indi cənab Ramil Usubovla qarşılıqlı hörmətə əsaslanan çox səmimi münasibətləri olub və bu indi də davam edir. Hər gün KİV-ləri yaxından izləyən birisi olaraq tam əminliklə deyə bilərəm ki, guya sabiq nəqliyyat nazirinin nəzarətində olduğu iddia edilən hansısa xəbər saytının daxili işlər nazirinə qarşı qərəzli münasibətinə rast gəlməmişəm və bu barədə heç bir məlumat da bizə daxil olmayıb.
Bir daha qeyd edirəm ki, belə iddialar həqiqəti əks etdirmir və jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil. Ona görə də hörmətli media nümayəndələrindən xahiş edirəm ki, hər hansı bir məsələ ilə bağlı, xüsusən də dövlət məmurları barədə yazı yazanda yoxlanılmamış informasiyalardan, necə deyərlər, ara söhbətlərindən istifadə etməsinlər. Onsuz da belə səpkili yazılar dövlət məmurlarımızın aralarında olan xoş münasibətə kölgə sala bilməz".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












