Zolağa girərək avtobuslara mane olan sürücülər cərimələndi - VİDEO

Bu gün paytaxtın bir sıra küçə və prospektində avtobus zolaqlarında hərəkət edən digər nəqliyyat vasitələrinə qarşı tədbirlər həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, ötən aylarda da ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsizliyini təmin etmək məqsədilə təşkil olunan xüsusi zolaqlarla bağlı vaxtaşırı maarifləndirmə tədbirləri keçirilib. Bu gün əməkdaşımız Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları ilə birlikdə paytaxtın Nizami rayonunda keçirilən tədbirdə iştirak edib.
Belə ki, rayonun Qara Qarayev prospektində çəkilən avtobus zolağında hərəkət edən sürücülər “Dakar” dairəsinin qarşısında saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər. Sürücülərə zolaqdakı qırıq-qırıq xətlərin yalnız sağa dönmə, manevr etmə üçün yerləşdirilməsi izah olunub.
Avtobus zolağındakı qırıq xətlərdən istifadə edərək zolağa daxil olan, lakin dairəyə doğru düzünə hərəkət edən sürücülər barəsində izibati protokol tərtib olunb. Çəkiliş qrupunu görən bəzi qayda pozan sürücülər ərazidən uzaqlaşmağa çalışsa da, bu mümkün olmayıb.
Qeyd edək ki, zolağa girən digər nəqliyyat vasitələri təkcə yol polis inspektorları tərəfindən deyil, həm də yollarda quraşdırılan xüsusi texniki vasitələrlə də qayda pozuntuları qeydə alınır və protokollar tərtib olunur.
Səfər
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










