“20 Yanvar” Cəmiyyətinin sədri avtoqəzaya düşüb

Qəzalar 5 İyun 2014 17:32 Oxunub 1693
“20 Yanvar” Cəmiyyətinin sədri avtoqəzaya düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verib

Cəlilabad rayonunda  yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyunun 5-də günorta saatlarında Ələt-Astara magistralının 145-ci kilometrliyində - yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Yaqub  Məmmədovun idarə etdiyi  "Ford " markalı, 10 OE 794 dövlət nömrə nişanlı sərnişin daşıyan mikroavtobus Cəlilabad rayonunun Göytəpə şəhər sakini  Mirşamil Mürsəlovun idarə etdiyi "Oka" markalı, 15 BL 705 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza zamanı  xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi  ziyan dəyib.

Qeyd edək ki, qəzaya düşən "Oka" markalı avtomobilin sürücüsü Mirşamil Mürsəlov Cəlilabad rayonundakı  “20 Yanvar” Cəmiyyətinin sədridir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh