Nazir qəza törədən polisi işdən çıxardı – FOTO

Yol polisi 2 İyul 2015 13:24 Oxunub 2818
Nazir qəza törədən polisi işdən çıxardı  – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə aprelin 19-da Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən baş vermişdi

Azərbaycanda bir neçə ay əvvəl yol qəzası törədən polis əməkdaşı işdən çıxarılıb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, Zaqatala Rayon Polis Şöbəsinin müstəntiqi Turab Vaqif oğlu İsgəndərov tutduğu vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, aprelin 19-da Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi "Toyota" markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Avtomobildə sürücüdən başqa, Zaqatala şəhər sakini, 1996-cı il təvəllüdlü Nərgiz Niyazi qızı Ramazanova da olub. Qəzada xəsarət alan sərnişin dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İlkin olaraq, həkimlərə onun yıxılaraq xəsarət aldığı bildirilsə də, araşdırmalar zamanı N.Ramazanovanın məlum qəzada yaralandığı müəyyənləşdirilib.

Hadisə nəticəsində Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh