Almanlar "Mercedes C-Class Coupe"-nin sirrini açdılar - FOTO

Avtodünya 28 İyul 2015 16:26 Oxunub 1899
Almanlar "Mercedes C-Class Coupe"-nin sirrini açdılar  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəşriyyat kupenin fotosessiyasını dərc edib

“Autobild”-dən olan alman həmkarlarımız bu günlərdə çox müzakirə edilən “Mercedes C-Class Coupe”-nin xarici görünüşünün payızda keçiriləcək rəsmi təqdimata qədər sirrini aça bilib. Avtosfer.az auto.az-a istinadən xəbər verir ki, nəşriyyat kupenin fotosessiyasını dərc edib. Düzdür burada hiylədən istifadə etmək lazım olub.

Belə ki, “Mercedes-Benz” ikiqapılı “C-Class”-ın hər tərəfini bağlayıb yalnız arxa hissəsini təqdim etmişdi. Jurnalistlər məlum səbəblərə görə bağlı hissələri açmayıblar, lakin avtomobilin arxa hissəsinin dizayner işlərini diqqətlə yadda saxlayıb, kompyuter vasitəsilə onun hər tərəfinin görünüşünü əldə edə biliblər. Beləliklə, bizi qabaq hissədən “C-class”-ın arxa hissədə isə kupe “S-Class”-ın qarışığı gözləyir. Yəni, arxa hissənin dizaynı dördqapılı “C-“ ilə heç cür uyğunlaşmayacaq – baqaj qapağı, optika və hətta asılqan “S-Coupe” ruhunda hazırlanıb. Jurnalistlər daha bir maraqlı detal barədə məlumat veriblər. Onların sözlərinə görə, arxa hissədə dam çox alçaqdır, ayaq üçün elə də geniş yer yoxdur. Lakin onlar idarəetmədə kupenin idman xarakterindən də xəbər veriblər. Yeri gəlmişkən, test zamanı 245-güclü turbolaşdırılmış dördlüyü və opsional idman paketi olan C300-dən istifadə edilib. Deməliyik ki, “Mercedes” qızğın AMG variantları ilə hamıya sataşır. Hamı səbirsizliklə sentyabr ayında açılacaq Frankfurt avtosalonunu gözləyir!

http://www.fins.az/store/p.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh