DYP-dən şok cərimə - 1 milyon 360 min

Yol polisi 8 Avqust 2015 17:14 Oxunub 2990
DYP-dən şok cərimə - 1 milyon 360 min
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada keçidlərinin yanında 68 min piyadanın hər birinə 20 manat cərimə yazılıb

Yanvarın 1-dən avqustun 7-dək Bakıda 68 min piyada cərimə olunub. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Bölmə rəisi bildirib ki, piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirləri ilə əlaqədar piyada keçidləri yaxınlığında reydlər keçirilib, nəticədə 68 min piyadaya qarşı İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək 20 manat cərimə edilib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması halları azalıb. "Ümumilikdə Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə onların bütün göstəriciləri aşağı düşüb. Piyada vurma ilə nəticələnən qəzalar 52 faizdən 51 faizə enib. Bu da piyadaların cərimələnməsi ilə əlaqəlidir. Piyadaların cərimələnməsi yol qəzaları hadisələinin sayının aşağı düşməsinə təsir edir", - o deyib.

Qeyd edək ki, 68 min piyada İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək 20 manat cərimə edilib, bu da 1 360 000 manat deməkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh