«Niva» 35 yaşlı süpürgəçini vurub öldürdü - FOTO

Qəzalar 16 Avqust 2015 14:49 Oxunub 1719
«Niva» 35 yaşlı süpürgəçini vurub öldürdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göygöldə baş vermiş Qəzanı 20 yaşlı oğlan törədib 

Göygöl şəhəriində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü Nəcəfov Nizami Abbas oğlu "VAZ 2121" (Niva) markalı maşınla yolu süpürən 1980-ci il təvəllüdlü İsmayılova Leyla Saday qızını vurub. Nəticədə piyada yerindəcə keçinib. Qəzanı törədən şəxs hadisə yerindən qaçsa da, sonradan onun şəxsiyyəti müəyyənləşdirilib.

Qeyd edək ki, süpürgəçi qadını vurub öldürən gənc sürücü Göygöldəki üzümçülük təsərrüfatının briqadiridir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh