Traktorla minik maşını toqquşub: 1 ölü – FOTO

Qəzalar 16 Avqust 2015 23:58 Oxunub 1258
Traktorla minik maşını toqquşub: 1 ölü – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində minik avtomobili yanmağa başlayıb

Bakı-Quba-Dağıstan yolunun Qusar rayonu ərazisindən keçən hissəsində (198 km) ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Avtosfer.az “report”a istinadən xəbər verir ki, qəza traktorla “Toyota Camry” markalı avtomobilin toqquşması nəticəsində baş verib.Qəza nəticəsində “Toyota” yanmağa başlayıb. Qusarın Düztahir kəndind' müəllim işləyən traktor sürücüsü Əzimov Əzim dünyasını dəyişib. Onun meyiti Qusar Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Qəzanı törədən Rusiya dövlət qeydiyyat nişanlı "Toyota Camry"nin sürücüsü, Tümen vilayətində yaşayan Rusiya vətəndaşı Osmanov Xadiq Yaqub oğlu maşında olan ailəsi ilə birgə taksiyə minərək ərazidən qaçıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh