64 yaşlı piyadanı maşın vurub öldürdü

Qəzalar 17 Avqust 2015 01:24 Oxunub 1262
64 yaşlı piyadanı maşın vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza Ələt-Astara magistral yolunun 206-cı km-də baş verib

Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisində ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib. Hadisə magistral yolun 206-cı km-də, Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb. Yolu keçmək istəyən 64 yaşlı Hirkan qəsəbə sakini Ağayev Nurəddin Ənvər oğlu Babazadə Nurlan Rəşadət oğlunun idarə etdiyi “VAZ 21074” markalı 42 BK 618 dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən vurulub. Hadisəni törədən sürücü yaralını öz maşınında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, onun həyatını xilas edə bilməyib. Yaralı yolda keçindiyindən onun cənazəsi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

 

“Report”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh